Home » Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yeni yanaşmanın əsas məqsədi katastrofik risklərin daha düzgün qiymətləndirilməsi və baş verə biləcək hadisələr zamanı vətəndaşlara daha adekvat sığorta ödənişlərinin təmin edilməsidir.

Qeyd olunub ki, konsepsiyaya əsasən sığorta məbləği yaşayış sahəsinin kvadratmetrinə uyğun olaraq formalaşdırılacaq. Bu isə əmlakın real bazar dəyərinə daha yaxın sığorta təminatının yaradılmasına imkan verəcək.

Vüsal Qurbanov əlavə edib ki, yeni sistem çərçivəsində dövlət qurumları ilə inteqrasiya olunmuş elektron platformalar vasitəsilə əmlakın parametrləri – yerləşdiyi ərazi və ölçüsü nəzərə alınaraq sığorta məbləğinin hesablanması mümkün olacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.