
İqtisadi sıçrayış: Çinin rəsmi statistikasına əsasən, ölkə iqtisadiyyatı 2026-cı ilin birinci rübündə proqnozları geridə qoyaraq ciddi artım nümayiş etdirib. Bu göstərici həm xarici ticarətin canlanması, həm də daxili xərclərin artması ilə izah olunur.
Əsas rəqəmlər:
ÜDM artımı: Çin iqtisadiyyatı illik müqayisədə 5.0% böyüyüb (Gözlənti 4.8% idi).
Rüblük dinamika: Ötən ilin son rübü ilə müqayisədə artım 1.3% təşkil edib.
Sənaye istehsalı: Mart ayında sənaye istehsalı 5.7% artaraq iqtisadi fəallığın qorunduğunu təsdiqləyib.
Artımı stimullaşdıran amillər: Ekspertlərin fikrincə, ABŞ-ın bəzi ticarət tariflərini ləğv etməsi Çin ixracatının kəskin artmasına yol açıb. Eyni zamanda, Yeni il bayramı dövründə istehlakçıların aktiv xərcləmələri xidmət sektoruna böyük dəstək verib. Rəsmi Pekin 2026-cı il üçün ÜDM hədəfini 4.5% – 5% aralığında müəyyən etsə də, ilin ilk nəticələri hədəfin yuxarı həddinə yaxınlaşdığını göstərir. Risklər dəqaşılmaz deyil. Belə ki, Yaxın Şərqdəki gərginlik fonunda artan enerji xərcləri və qlobal tələbin zəifləməsi növbəti rüblər üçün müəyyən ehtiyatlılıq yaradır.




