Home » AMB-də kibertəhlükəsizlik departamentinin adı dəyişdirildi

AMB-də kibertəhlükəsizlik departamentinin adı dəyişdirildi

by Zeyneb
0 comments 4 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) strukturunda fəaliyyət göstərən İnformasiya və kibertəhlükəsizlik departamentinin adı dəyişdirilib.

 AMB İdarə Heyətinin 10 mart 2026-cı il tarixli qərarına əsasən, qurum bundan sonra İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamenti kimi fəaliyyət göstərəcək.

Departamentə Eyvazlı Elnur Yaşar oğlu əvvəlki kimi rəhbərlik edəcək.

Qeyd olunub ki, departamentin əsas məqsədi Mərkəzi Bankda informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi, rəqəmsal fırıldaqçılıqla mübarizənin gücləndirilməsi, eləcə də nəzarət olunan subyektlərin bu sahədə fəaliyyətinin əlaqələndirilməsi və risklərin vaxtında aşkarlanaraq qarşısının alınmasıdır.

Departamentin strukturuna İnformasiya təhlükəsizliyi mühəndisliyi, Kiberhücumların simulyasiyası və tətbiq təhlükəsizliyi, Təhlükəsizlik əməliyyat mərkəzi, İnformasiya və kibertəhlükəsizlik siyasəti və nəzarəti, həmçinin Rəqəmsal fırıldaqçılıqla mübarizə və monitorinq şöbələri daxildir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.