Home » ABA rəhbərliyi Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb: Strateji əməkdaşlıq və yeni inteqrasiya mərhələləri müzakirə olunub

ABA rəhbərliyi Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb: Strateji əməkdaşlıq və yeni inteqrasiya mərhələləri müzakirə olunub

by Zeyneb
0 comments 5 views 1 minutes read

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov, həmçinin ABA Rəyasət Heyətinin üzvü, “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Selçuk Demir Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüş keçiriblər.

Görüş zamanı Azərbaycan və Türkiyə bank sektorları arasında mövcud əməkdaşlığın gücləndirilməsi, eləcə də Türk dövlətləri çərçivəsində maliyyə tərəfdaşlığının genişləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu kontekstdə Türk Dövlətlərinin Bank Assosiasiyaları Şurasının fəaliyyəti barədə məlumat verilərək, qurumun üzv təşkilatlar arasında strateji əlaqələndirici platforma kimi rolu xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, Şuranın növbəti iclası cari ay Qazaxıstanın Türkistan şəhərində keçiriləcək, növbəti il isə qurumun təsis edilməsinin 5 illik yubileyi qeyd olunacaq.

Eyni zamanda, görüşdə cari ilin 9–10 iyun tarixlərində Bakı şəhərində Türk Dövlətlərinin Bank Assosiasiyaları Şurasının dəstəyi ilə keçiriləcək Beynəlxalq Maliyyə və Bankçılıq Sammitinə hazırlıq məsələlərinə toxunulub. Tərəflər Türk dövlətləri arasında maliyyə və bank sektorlarında inteqrasiyanın dərinləşdirilməsi, vahid platformaların yaradılması, habelə ödəniş sistemləri, rəqəmsal bankçılıq və kiber təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. ABA regionda maliyyə tərəfdaşlığının gücləndirilməsi və Türk dünyası çərçivəsində iqtisadi inteqrasiyanın təşviqi istiqamətində fəaliyyətini bundan sonra da aktiv şəkildə davam etdirəcəyini bildirib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.