Home » Ekspert: Meyvə-tərəvəz qiymətlərində artım qaçılmazdır, lakin səbəb təkcə gübrə deyil

Ekspert: Meyvə-tərəvəz qiymətlərində artım qaçılmazdır, lakin səbəb təkcə gübrə deyil

by Zeyneb
0 comments 1 views 2 minutes read

Azərbaycanda meyvə və tərəvəz məhsullarının qiymətlərində artım tendensiyası artıq müşahidə olunmağa başlayıb. Lakin mütəxəssislər hesab edir ki, bu prosesi yalnız gübrə qiymətlərinin bahalaşması ilə izah etmək düzgün deyil.

Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova səsləndirib. Onun sözlərinə görə, qiymət artımına təsir edən amillər daha geniş və çoxşaxəlidir.

Ekspert qeyd edir ki, qeyri-sabit hava şəraiti, mövsümi dəyişikliklər, logistik xərclərin yüksəlməsi və xüsusilə enerji qiymətlərindəki artım bu prosesə birbaşa təsir göstərir. Enerji qiymətlərinin bahalaşması kənd təsərrüfatının bütün mərhələlərində xərclərin artmasına səbəb olur. Gübrə istehsalının enerji tutumlu olması isə bu təsiri daha da gücləndirir və nəticədə məhsulun satış qiymətlərinə təsir edir.

Bununla yanaşı, daşınma və saxlama xərclərinin artması da ümumi qiymət dinamikasını sürətləndirən əsas faktorlar sırasındadır. Ekspertin fikrincə, enerji qiymətlərində artım davam edərsə, alternativ həll yollarının axtarılması zəruri olacaq. Bu istiqamətdə idxalın artırılması və ya dövlət tərəfindən subsidiya mexanizmlərinin gücləndirilməsi kimi addımlar daxili bazarda qiymətlərin tənzimlənməsinə kömək edə bilər.

Müsbət amillərdən biri kimi ölkədaxili istehsal potensialı da vurğulanır. Xüsusilə Sumqayıt Karbamid Zavodu kimi müəssisələrin fəaliyyətinin genişləndirilməsi azot əsaslı gübrələrə olan tələbatın yerli istehsal hesabına ödənilməsinə və idxaldan asılılığın azalmasına imkan yarada bilər.

Ekspert əlavə edib ki, hazırkı mərhələdə qiymət artımının kəskin deyil, daha çox qismən olması gözlənilir. Bu isə mövsümi amillərlə bağlıdır. Yay aylarında əhalinin bir hissəsinin rayonlara üz tutması böyük şəhərlərdə, xüsusilə Bakıda tələbatın azalmasına səbəb olur. Eyni zamanda, tez xarab olan məhsullar kateqoriyasına daxil olan meyvə-tərəvəzlərin qiymətinin həddindən artıq artırılması satıcılar üçün də sərfəli deyil.

Digər mühüm məqam isə fermerlərin əvvəlcədən gübrə ehtiyatı toplaması ilə bağlıdır. Bu səbəbdən yeni qiymət artımları bazara dərhal tam təsir göstərmir və yaxın dövrdə artım daha çox məhdud səviyyədə hiss oluna bilər.

Bununla belə, vəziyyətin gələcək inkişafı birbaşa enerji bazarındakı dəyişikliklərdən asılı olacaq. Əgər sentyabr ayına qədər enerji qiymətlərində azalma baş verməzsə, bu zaman həm gübrə, həm də digər istehsal xərclərinin artımı daha qabarıq şəkildə özünü göstərəcək və nəticədə meyvə-tərəvəz qiymətlərində daha kəskin bahalaşma müşahidə oluna bilər. Bu isə bazarda yeni qiymət mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.