Home » ARDNF dövlət büdcəsinə transfertlərini açıqlayıb

ARDNF dövlət büdcəsinə transfertlərini açıqlayıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 31 mart tarixinə ümumilikdə 173 milyard 622,9 milyon manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.

Təkcə 2026-cı ilin yanvar-mart aylarında Fondun büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 3 milyard 210 milyon manat vəsait yönəldilib.

Bildirilib ki, ARDNF-nin aktivləri 2026-cı ilin əvvəlinə 73 milyard 541,5 milyon ABŞ dolları (125 milyard 20,5 milyon manat), 2026-cı il martın 31-nə isə 73 milyard 515,9 milyon ABŞ dolları (124 milyard 976,9 milyon manat) təşkil edib.

Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu ildə təsis olunub. Fond neft və qaz gəlirlərinin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün qorunmasını təmin edən xüsusi dövlət qurumudur. Qurum büdcədənkənar fəaliyyət göstərir və şəffaflıq onun əsas prinsiplərindən biri hesab olunur. Bu illər ərzində ARDNF institusional baxımdan inkişaf edərək beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.