1

İqtisadçı Əkrəm Həsənov Banco.az -a açıqlamasında bildirib ki, əgər vətəndaş özü krediti götürərkən hansısa qohumunun adını deyib və razılıq veribsə ki, “məni tapa bilməyəndə bu qohumumla əlaqə saxlaya bilərsiniz”, bu halda bank vətəndaşla əlaqə saxlaya bilmədikdə qohumuna zəng etsə, burada qanun pozuntusu yoxdur:
“Əgər bank bunu vətəndaşın razılığı olmadan edibsə, bu artıq bank sirrinin pozulmasıdır. Çünki bank heç bir şəxsə öz müştərisinin bank əməliyyatları barədə, o cümlədən kredit borcu haqqında məlumat verə bilməz.
Bu halda vətəndaş Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayət edə bilər ki, həmin banka qarşı sanksiya tətbiq olunsun, eyni zamanda məhkəməyə də müraciət edərək ona dəymiş mənəvi zərərin bank tərəfindən ödənilməsini tələb edə bilər”.