
Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Asiya İnkişaf Bankı arasında yaşıl maliyyələşmə və maliyyə sektorunda əməkdaşlıq məsələləri müzakirə edilib.
Məlumata görə, AMB sədrinin I müavini Əliyar Məmmədyarov ADB-nin Sektorlar üzrə 3-cü departamentinin baş direktoru Kristin Enqstrom rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı tərəflər arasında mövcud əməkdaşlığın cari vəziyyəti, maliyyə sektorunda həyata keçirilən islahatlar, yaşıl maliyyələşmə istiqamətində görülən işlər, eləcə də maliyyə sektorunun inkişafını dəstəkləyən birgə təşəbbüslər ətrafında müzakirələr aparılıb.
Bununla yanaşı, tərəflər əlaqələrin daha da genişləndirilməsi və texniki yardım imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.




