Home » Çağrı Mərkəzi və müştəri müraciətlərinin idarə edilməsi üzrə Gürcüstan səfəri başa çatmışdır

Çağrı Mərkəzi və müştəri müraciətlərinin idarə edilməsi üzrə Gürcüstan səfəri başa çatmışdır

by Aytac
0 comments 5 views 1 minutes read

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 13-14 may 2026-cı il Çağrı Mərkəzi və müştəri müraciətlərinin idarə edilməsi mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün təşkil edilən Gürcüstan Respublikasına səfər təşkil edilmişdir.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.

  • Çağrı mərkəzlərində süni intellektin tətbiqi (AI-IVR və səs analitikası);
  • Onlayn satışlarda və rəqəmsal kanallarda süni intellektin tətbiqi (çatbotlar);
  • Müştəri xidmətləri strategiyası və idarəetməsi;
  • Müştəri təcrübəsi (CX);
  • Müştəri xidmətlərində mükəmməllik, KPI-lar və performans idarəetməsi;
  • CRM və məlumat analitikası;
  • Salome Makaridze tərəfindən təqdim olunan Gürcüstan bank bazarı üzrə 2026-cı il illik araşdırmasının əsas nəticələri və yekunları.

Səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:

  1. Bank of Georgia;
  2. TBC Bank;
  3. Gürcüstan Banklar Assosiasiyası.

 

Qeyd edək ki, ABFTC 2000-ci ildə Avropa Birliyinin təşəbbüsü ilə yaradılmış və Azərbaycan Banklar Assosiasiyası-nın törəmə müəssisəsidir. Mərkəz indiyədək 260-dən çox mövzu üzrə 2 600-dən artıq təlim kursu təşkil etmiş və 38 000-dən çox dinləyicinin iştirakını təmin etmişdir.

 

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.