Home » Prezident İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının açılışında iştirak edib.

Mərkəzi Bankın sədri Taleh Kazımov dövlət başçısına binada yaradılmış şərait barədə ətraflı məlumat verib.

Paytaxtın Heydər Əliyev prospektində yerləşən yeni inzibati bina müasir şəhərsalma prinsiplərinə uyğun inşa olunub. Yüksək funksionallığı və qabaqcıl texnoloji göstəriciləri ilə seçilən bina Mərkəzi Bankın fəaliyyətinin daha səmərəli təşkilinə xidmət edəcək.

Səfər çərçivəsində Prezident İlham Əliyev milli pul nişanlarının konseptual yanaşmasını, dizayn xüsusiyyətlərini və texnoloji inkişaf mərhələlərini əks etdirən sərgi ilə də tanış olub. Sərgidə Azərbaycan manatının tarixi, inkişaf mərhələləri, dizayn həlləri və mühafizə elementləri nümayiş etdirilib.

35 mərtəbədən ibarət olan binada ümumilikdə 1300 nəfərlik iş sahəsi yaradılıb. Burada konfrans və mətbuat zalları, təlim və toplantı otaqları, eləcə də rəsmi görüşlər üçün nəzərdə tutulmuş 25 tam təchiz olunmuş otaq fəaliyyət göstərəcək.

Layihələndirmə zamanı əlçatanlıq və inklüzivlik prinsiplərinə xüsusi diqqət yetirilib. Fiziki məhdudiyyətli şəxslərin binaya rahat girişini və sərbəst hərəkətini təmin edən müvafiq infrastruktur qurulub.

Yeni inzibati bina yüksək keyfiyyət, təhlükəsizlik və dayanıqlı inkişaf standartlarına uyğun şəkildə müasir texnologiyalar və informasiya sistemləri ilə təchiz edilib. Əməkdaşların rahatlığı üçün istirahət zonaları yaradılıb, həmçinin 340 nəfərlik yeməkxana istifadəyə veriləcək.

Binada müxtəlif tədbir və təqdimatların keçirilməsi üçün 240 nəfərlik müasir konfrans zalı da fəaliyyət göstərəcək.

Gecə saatlarında binanın vizual görünüşünü zənginləşdirən multimedia fasad sistemi müxtəlif işıq ssenarilərinin və proyeksiyaların tətbiqinə imkan yaradır. Fasad və ətraf ərazinin işıqlandırılması hərəkət sensorlu LED texnologiyası əsasında qurulub ki, bu da enerji səmərəliliyinin artırılmasına və elektrik enerjisinə qənaət edilməsinə şərait yaradır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.