Home » Sahil Babayev: Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 17,7 dəfə üstələyib

Sahil Babayev: Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 17,7 dəfə üstələyib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Mənbə: Report.az

2025-ci ilin sonuna Azərbaycanın məcmu valyuta ehtiyatları 85,1 milyard ABŞ dollarına çataraq xarici dövlət borcunu 17,7 dəfə üstələyib və illik ÜDM-in 112,1 %-nə bərabər olub.

Bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyasının iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.

Nazirin sözlərinə görə, Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdən biridir. O bildirib ki, yüksək ehtiyat səviyyəsi makroiqtisadi sabitliyin, milli valyutanın dayanıqlılığının və ölkənin xarici maliyyə öhdəliklərini yerinə yetirmək qabiliyyətinin mühüm təminatıdır.

Sahil Babayev qeyd edib ki, 2025-ci ildə ölkənin ümumi daxili məhsulu (ÜDM) real ifadədə 1,4 % artaraq 129,1 milyard manat təşkil edib. Adambaşına düşən ÜDM isə 12,6 min manat olub.

Nazir vurğulayıb ki, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafı nəticəsində ötən il qeyri-neft sektorunda 2,7 % real artım qeydə alınıb. ÜDM-in 72 %-i və ya 92,3 milyard manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da əvvəlki illə müqayisədə 6,1 milyard manat çoxdur. Qeyri-neft ixracı isə 8,1 % artaraq 3,6 milyard ABŞ dollarına yüksəlib.

Onun sözlərinə görə, profisitli tədiyə balansı, eləcə də monetar və fiskal siyasətin koordinasiyası nəticəsində ölkədə məzənnə sabitliyi qorunub saxlanılıb. 2025-ci ilin dekabr ayında illik inflyasiya 5,2 %, orta illik inflyasiya isə 5,6 % təşkil edərək hədəf diapazonunda qalıb.

S.Babayev əlavə edib ki, hesabat ilində əhalinin adambaşına düşən nominal gəlirləri 7,6 %, orta aylıq nominal əməkhaqqı isə 9,3 % artıb. Bu göstəricilər inflyasiya səviyyəsini üstələdiyindən əhalinin sosial rifahında müsbət dinamika müşahidə olunub.

Maliyyə naziri həmçinin bildirib ki, 2025-ci ildə “Azəri Light” markalı xam neftin dünya bazarlarında orta satış qiyməti bir barel üçün 71 ABŞ dolları olub. Bu göstərici dövlət büdcəsində nəzərdə tutulmuş qiymətdən 1,4 % yüksəkdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.