Home » “Sizin Lombard” 6,9 milyon manatlıq istiqraz yerləşdirəcək

“Sizin Lombard” 6,9 milyon manatlıq istiqraz yerləşdirəcək

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda “Sizin Lombard” brendi ilə fəaliyyət göstərən “GL” ASC 6,9 milyon manat həcmində istiqraz emissiyasına hazırlaşır.

Bu barədə qiymətli kağızların emissiya prospektində bildirilir.

Məlumata görə, “Bakı Fond Birjası” QSC-də hər birinin nominal dəyəri 100 manat olan 69 min ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

İstiqrazların tədavül müddəti 84 ay təşkil edəcək. Onların illik gəlirliliyi 15 % müəyyən edilib və faiz ödənişləri investorlara aylıq qaydada həyata keçiriləcək.

Emissiyanın anderrayteri “İnvest-Az İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları əldə etmək istəyən investorlar Bakı Fond Birjasının üzvü olan digər investisiya şirkətləri vasitəsilə də müraciət edə bilərlər.

Prospektə əsasən, emitent tərəfindən istiqrazların tədavül müddəti ərzində geri satın alınması nəzərdə tutulmur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.