Home » İRİA və “Microsoft” yerli startaplar üçün beynəlxalq inkişaf proqramına start verib

İRİA və “Microsoft” yerli startaplar üçün beynəlxalq inkişaf proqramına start verib

by Zeyneb
0 comments 0 views 1 minutes read

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində yerli startapların qlobal texnologiya ekosisteminə inteqrasiyasını dəstəkləyəcək yeni proqram istifadəyə verilib.

BBN.az xəbər verir ki, İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub. Əməkdaşlıq çərçivəsində seçilmiş startaplar “Microsoft”un təqdim etdiyi geniş texnoloji və biznes imkanlarından yararlana biləcəklər.

Proqram iştirakçılarına yüksək həcmli “Azure” bulud kreditləri, “Azure AI” infrastrukturu və süni intellekt xidmətlərinə çıxış, “GitHub Enterprise”, “LinkedIn” və “Visual Studio Enterprise” məhsullarından istifadə, 24/7 texniki dəstək, eləcə də “Microsoft” mühəndisləri ilə birbaşa texniki konsultasiya imkanları təqdim olunacaq.

Bununla yanaşı, startaplar beynəlxalq innovasiya ekosisteminə çıxış əldə edəcək, məhsullarının inkişafı və qlobal bazarlarda miqyaslanması üçün dəstək alacaqlar. Əməkdaşlıq çərçivəsində “Microsoft” nümayəndələrinin iştirakı ilə aylıq qiymətləndirmə və mentorluq mexanizmləri də tətbiq ediləcək.

Proqramın əsas məqsədi startapların məhsul inkişafını dəstəkləmək, süni intellekt və bulud texnologiyalarının tətbiqini genişləndirmək, investisiya cəlbetmə potensialını artırmaq və onların beynəlxalq rəqabət qabiliyyətini gücləndirməkdir.

Proqramda iştirak etmək istəyən texnologiya əsaslı innovativ məhsul və xidmətlər hazırlayan startaplar əvvəlcə İRİA-nın müraciət formasını dolduraraq qeydiyyatdan keçməlidirlər. İlkin qiymətləndirmədən uğurla keçən startaplara İRİA tərəfindən xüsusi dəvət (referral) kodu təqdim ediləcək. Daha sonra həmin kod vasitəsilə “Microsoft”un platformasında rəsmi qeydiyyat tamamlanacaq.

Proqrama müraciət üçün son tarix 1 dekabr 2026-cı il müəyyən edilib.

Müraciətlər İRİA və “Microsoft” nümayəndələri tərəfindən aylıq əsasda qiymətləndiriləcək. Seçimlər hər ayın sonunda aparılacaq və il ərzində orta hesabla 40-50 startapın proqramın təqdim etdiyi kredit və dəstək imkanlarından faydalanması planlaşdırılır.

Qiymətləndirmə zamanı startapın investisiya cəlbetmə potensialı və ya artıq investisiya əldə etməsi, məhsulun bazar traksiyası və inkişaf mərhələsi, həllin innovativ və texnologiya əsaslı olması, miqyaslana bilməsi, eləcə də “Microsoft Azure” və digər texnoloji həllərdən istifadə potensialı əsas meyarlar kimi nəzərə alınacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.