Home » Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrasını təsdiqləyib

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrasını təsdiqləyib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.

Qəbul olunan sənədə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 5,4%, təsdiq edilmiş proqnozla müqayisədə isə 2,2% çox olub.

Dövlət büdcəsinin xərcləri isə ötən il 38 milyard 604,6 milyon manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 2,4% artım deməkdir. Eyni zamanda, büdcə xərcləri proqnoz göstəricisindən 6,8% aşağı icra olunub.

Hesabat ilində dövlət büdcəsində 580 milyon manat həcmində, yaxud ümumi daxili məhsulun (ÜDM) 0,45%-i səviyyəsində profisit qeydə alınıb.

Bildirilib ki, profisitin formalaşmasına büdcə gəlirlərinin proqnozdan artıq icra olunması, həmçinin büdcə təşkilatlarının xərclərinin proqnozla müqayisədə 2 milyard 803 milyon manat az yerinə yetirilməsi səbəb olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.