Home » Azərbaycan və IMF fiskal siyasət və institusional inkişaf üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan və IMF fiskal siyasət və institusional inkişaf üzrə əməkdaşlığı müzakirə edib

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycan və Beynəlxalq Valyuta Fondu (IMF) arasında fiskal siyasət, makroiqtisadi sabitliyin təmin olunması və institusional inkişaf istiqamətində əməkdaşlıq məsələləri müzakirə edilib.

BBN.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, nazirin birinci müavini Anar Kərimov IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Azərbaycan iqtisadiyyatında müşahidə olunan inkişaf meyilləri, fiskal siyasətin prioritetləri, ortamüddətli perspektivlər, növbəti IV Maddə məsləhətləşmələrinin əsas istiqamətləri və IMF-in gələcək dəstəyinin prioritet sahələri ətrafında fikir mübadiləsi aparılıb.

Anar Kərimov bildirib ki, son illərdə həyata keçirilən fiskal islahatlar makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, dövlət borcunun dayanıqlığının təmin edilməsi, Dövlət Neft Fondunun aktivlərinin qorunması və büdcə xərclərinin səmərəliliyinin artırılmasına xidmət edir. O qeyd edib ki, dövlət büdcəsinin qeyri-neft gəlirləri hesabına maliyyələşmə imkanlarının genişləndirilməsi, ARDNF-dən transfertlərin mərhələli şəkildə azaldılması və fiskal dayanıqlığın gücləndirilməsi hökumətin əsas prioritetləri sırasındadır.

Görüşdə həmçinin nəticəəsaslı büdcə mexanizminin tətbiqinin genişləndirilməsi, ortamüddətli xərclər çərçivəsinin əhatə dairəsinin artırılması, dövlət maliyyəsinin idarə olunmasının rəqəmsallaşdırılması, dövlət müəssisələrinin monitorinq mexanizmlərinin təkmilləşdirilməsi və büdcə şəffaflığının artırılması istiqamətində görülən işlər nəzərdən keçirilib.

Öz növbəsində, Anna Bordon Azərbaycan hökuməti ilə IMF arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirərək, ölkədə dövlət maliyyəsinin idarə olunması və makroiqtisadi sabitliyin təmin olunması istiqamətində aparılan islahatların əhəmiyyətini vurğulayıb. O, IMF-in iqtisadi siyasətin təkmilləşdirilməsi, fiskal idarəetmə və institusional potensialın gücləndirilməsi sahələrində Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Tərəflər görüş çərçivəsində vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi, yaşıl inkişaf gündəliyi və işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı məsələləri də müzakirə ediblər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.