
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Slovakiya Milli Bankının sədri Peter Kazimirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
BBN.az xəbər verir ki, bu barədə Taleh Kazımov “X” sosial şəbəkəsində paylaşım edib.
Bildirilib ki, görüşdə kapital bazarları və sığorta sektorunun tənzimlənməsi, nəzarət çərçivələrinin müasirləşdirilməsi, maliyyə sabitliyinin təmin olunması, maliyyə savadlılığının artırılması, rəqəmsal dələduzluqla mübarizə və istehlakçı hüquqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Taleh Kazımov qeyd edib ki, tərəflər rəhbərlik etdikləri qurumlar arasında institusional əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində həyata keçiriləcək təşəbbüslər ətrafında da fikir mübadiləsi aparıblar.




