Home » Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatıb

by yunus
0 comments 0 views 1 minutes read

Bu il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 753,6 milyon ABŞ dolları təşkil edib.

BBN.az xəbər verir ki, ölkənin strateji valyuta ehtiyatlarının 84,7%-i və ya 72 milyard 596 milyon dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 15,3%-i və ya 13 milyard 157,6 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

2026-cı ilin II rübündə Azərbaycanın strateji valyuta ehtiyatları 580,9 milyon dollar və ya 0,7% artıb. Bu dövrdə ARDNF-in valyuta ehtiyatları 919,9 milyon dollar və ya 1,3% azalıb, AMB-nin ehtiyatları isə 1 milyard 500,8 milyon dollar və ya 12,9% artıb.

Son bir il ərzində ölkənin strateji valyuta ehtiyatları 8 milyard 84,1 milyon dollar və ya 10,4% artıb. Bu müddətdə ARDNF-in valyuta ehtiyatları 6 milyard 80,4 milyon dollar və ya 9,1%, AMB-nin ehtiyatları isə 2 milyard 3,7 milyon dollar və ya 18% yüksəlib.

Beləliklə, 1 iyul 2026-cı il tarixinə ARDNF-in valyuta ehtiyatları 72 milyard 596 milyon dollar, AMB-nin valyuta ehtiyatları 13 milyard 157,6 milyon dollar, Azərbaycanın ümumi strateji valyuta ehtiyatları isə 85 milyard 753,6 milyon dollar təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.