Home » Apple yenidən dünyanın ən dəyərli şirkəti adını geri alıb

Apple yenidən dünyanın ən dəyərli şirkəti adını geri alıb

by yunus
0 comments 0 views 1 minutes read

Apple bazar kapitallaşmasına görə Nvidia-nı geridə qoyaraq 2025-ci ilin aprel ayından sonra ilk dəfə dünyanın ən dəyərli şirkəti mövqeyinə yüksəlib.

BBN.az xəbər verir ki, süni intellekt çipləri istehsalçılarına yönəlmiş satış təzyiqi fonunda Nvidia-nın səhmləri təxminən 5 faiz ucuzlaşıb. Nəticədə şirkətin bazar dəyəri 4,77 trilyon dollara enib.

Bunun əksinə olaraq, Apple səhmləri şirkətin bu həftə açıqlanacaq maliyyə nəticələri öncəsi 1 faiz bahalaşıb və bazar kapitallaşması 4,95 trilyon dollara çatıb. Bununla da Apple yenidən qlobal reytinqdə ilk pilləyə yüksəlib.

Xatırladaq ki, Nvidia 2025-ci ilin iyun ayından etibarən dünyanın ən dəyərli şirkəti idi. Şirkət həmin dövrdə Microsoft-u geridə qoymuş, ötən ilin oktyabrında isə qısa müddət ərzində bazar dəyərini 5 trilyon dollar həddinin üzərinə çıxarmışdı.

2026-cı ilin əvvəlindən bəri Apple səhmləri 24 faiz bahalaşdığı halda, Nvidia-nın səhmlərində artım cəmi 4 faiz təşkil edib.

Analitiklərin fikrincə, investorların diqqəti tədricən süni intellekt çipləri istehsalçılarından yaddaş çipləri və məlumat mərkəzi infrastrukturundan faydalanan şirkətlərə yönəlir. Bu sırada Micron Technology, SK Hynix və Sandisk kimi şirkətlər ön plana çıxır.

Bazar iştirakçıları Apple-ın cümə axşamı açıqlayacağı maliyyə hesabatını da diqqətlə izləyirlər. Gözləntilərə görə, şirkət qlobal yaddaş çipi çatışmazlığının maliyyə göstəricilərinə təsirini ilk dəfə ətraflı açıqlayacaq. Apple bu təchizat problemi səbəbindən iyun ayında bəzi Mac və iPad modellərinin qiymətlərini artırmışdı.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.