Home » Nazirlər Kabineti icbari sığorta ilə bağlı bir sıra yeni qaydaları təsdiqləyib

Nazirlər Kabineti icbari sığorta ilə bağlı bir sıra yeni qaydaları təsdiqləyib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Nazirlər Kabineti icbari sığorta sahəsində bir sıra yeni qaydaları təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası” təsdiqlənib. Yeni qaydada sığortalının sığortaçıda uçotu üçün tələb olunan məlumatların siyahısı müəyyən edilib. Bunlara sığortalının adı, VÖEN-i, hüquqi və faktiki ünvanı, əlaqə nömrəsi, sığorta haqları üzrə hesablanmış və ödənilmiş məbləğlər, artıq ödənilmiş sığorta haqları, hüquqi varisə transfer olunan ödənişlər və digər məlumatlar daxildir.

Bununla yanaşı, Nazirlər Kabineti “Sığorta olunanlara münasibətdə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydası” və **”Sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi Qaydası”**nı da təsdiq edib.

Yeni qaydalar dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan, yaxud nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslərə, eləcə də istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə, həmçinin könüllü fəaliyyət göstərən şəxslərə şamil olunur.

Qərarla həmçinin “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə Qaydası” da təsdiqlənib. Sənədə əsasən, sığorta vəsaiti əsasən sığorta haqları, sığorta ehtiyatı fondunun etibarlı banklarda depozitə yerləşdirilməsindən əldə olunan gəlirlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına formalaşacaq.

Bundan əlavə, sığorta haqlarının 5 %-dək hissəsi sığorta ehtiyatı fonduna yönəldiləcək. Sığorta vəsaiti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi xəzinə hesabında toplanacaq və Dövlət Sosial Müdafiə Fondunun xüsusi bank hesabına köçürüləcək.

Qaydaya əsasən, ilin sonunda istifadə olunmamış sığorta vəsaiti, sığorta ehtiyatı fondunda toplanmış vəsait və onun depozit gəlirləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.