Home » Bitcoin 63 min dollar həddini qoruyur – Seylordan “rəqəmsal enerji” açıqlaması

Bitcoin 63 min dollar həddini qoruyur – Seylordan “rəqəmsal enerji” açıqlaması

by yunus
0 comments 0 views 1 minutes read

Kriptovalyuta bazarında əsas diqqət yenidən Bitcoinə yönəlib. Dünyanın ən böyük kriptovalyutası 63 min ABŞ dolları səviyyəsindən yuxarı mövqeyini qoruyur.

BBN.az xəbər verir ki, Bitcoin dar diapazonda hərəkət etsə də, 63 min dollar həddinin üzərində qalmaqda davam edir.

“Strategy” şirkətinin rəhbəri Maykl Seylor isə sosial şəbəkələrdəki paylaşımında Bitkoini “rəqəmsal pul enerjisi” kimi xarakterizə edib.

Seylorun fikrincə, pul əmək, intellekt və təbii ehtiyatlar hesabına yaradılan iqtisadi dəyəri qoruyan və daşıyan texnologiyadır. O, qızıl və fiat valyutaların müəyyən məhdudiyyətlərə və siyasi risklərə malik olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Bitkoin məhdud təklif mexanizmi, desentralizasiya olunmuş şəbəkəsi və kriptoqrafik mülkiyyət hüququ vasitəsilə bu məhdudiyyətləri aradan qaldırmağa çalışır.

Mütəxəssislər isə qlobal fond bazarlarında və institusional investorların, o cümlədən iri maliyyə qurumlarının spot fondlarla bağlı əməliyyatlarında müşahidə olunan aktivliyin də kriptovalyuta bazarı üçün əsas diqqət mərkəzində olduğunu bildirirlər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.