Home » “Azeri Light”ın qiyməti 91,31 dollara düşüb

“Azeri Light”ın qiyməti 91,31 dollara düşüb

by yunus
0 comments 0 views 1 minutes read

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

BBN.az xəbər verir ki, neft bazarındakı mənbənin məlumatına görə, “Azeri Light”ın 1 barelinin qiyməti 1,24 ABŞ dolları və ya 1,34 % azalaraq 91,31 dollara enib.

Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 90,16 dollar təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light”ın 1 barelinin qiyməti isə 1,18 dollar və ya 1,32 % azalaraq 88,2 dollara düşüb.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar səviyyəsində hesablanıb.

“Azeri Light”ın tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.

“Azeri Light” nefti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 35,3 % təşkil edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.