Home » Azərbaycan İtaliyaya 7 ayda 7,5 milyon ton xam neft ixrac edib

Azərbaycan İtaliyaya 7 ayda 7,5 milyon ton xam neft ixrac edib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 7 milyon 473 min 413,9 ton xam neft ixrac edib.

İxrac olunan xam neftin dəyəri 4 milyard 560 milyon 688,1 min ABŞ dolları təşkil edib.

İxracın həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,4% azalsa da, dəyəri 3,1% artıb.

Hesabat dövründə İtaliyaya ixrac edilən xam neft Azərbaycanın ümumi neft ixracının 58,7%-ni təşkil edib.

Gömrük bəyannamələrinə əsasən, yanvar-iyul aylarında Azərbaycan ümumilikdə 8 milyard 32 milyon 903,55 min ABŞ dolları dəyərində 12 milyon 722 min 590,97 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 29 milyard 216 milyon ABŞ dolları təşkil edib. Bunun 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.