Home » Azərbaycanda rəqəmsal xidmətlərə görə yeni vergi mexanizmi sentyabrın 1-dən qüvvəyə minir

Azərbaycanda rəqəmsal xidmətlərə görə yeni vergi mexanizmi sentyabrın 1-dən qüvvəyə minir

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması ilə bağlı yeni mexanizm sentyabrın 1-dən tətbiq ediləcək.

BBN.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycanda vergi uçotunda olmayan şəxslərə elektron xidmətlər göstərən qeyri-rezident elektron ticarət platformalarının ölkədə illik dövriyyəsi 10 min ABŞ dollarının manat ekvivalentini keçdikdə, həmin şirkətlər 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdır.

Yeni mexanizm çərçivəsində Azərbaycanda vergi uçotunda olmayan şəxslərə göstərilən rəqəmsal xidmətlər üzrə ƏDV dövlət büdcəsinə qeyri-rezident şirkətlər tərəfindən ödəniləcək.

Vergi uçotunda olan sahibkarlar isə rəqəmsal xidmətlərdən istifadə zamanı qeyri-rezident platformaların sistemində VÖEN-lərini düzgün qeyd etməlidirlər. Bu halda ƏDV xidmətin dəyərinə əlavə edilmir və vergi ödəyicisindən tutulmur. Müvafiq ƏDV isə xidmət istifadəçisi tərəfindən qanunvericiliyə uyğun şəkildə hesablanaraq dövlət büdcəsinə ödənilir.

Qeyd olunan mexanizm elektron kitabların, musiqi, audio və video materialların, qrafik təsvirlərin, virtual oyunların və proqram təminatlarının yüklənməsi, internetdə reklamların yerləşdirilməsi və digər oxşar elektron xidmətlərə şamil olunur.

Dövlət Vergi Xidməti yeni qaydaların tətbiqinə hazırlıq məqsədilə Azərbaycanda elektron xidmətlər göstərən qeyri-rezident platformalarla məlumatlandırma işləri aparır. Qeydiyyata alınmış şirkətlərin siyahısı qurumun rəsmi internet səhifəsində yerləşdirilir.

Bununla yanaşı, daha 4 beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. Bunlar ABŞ-ın “Anthropic, PBC”“Aghanim Inc.”, İsveçrənin “eBay Marketplaces GmbH”, Niderlandın isə “Netflix International B.V.” şirkətləridir.

Həmin şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 1 sentyabr 2026-cı ildən qüvvəyə minəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.