
Bu ilin yanvar-iyul aylarında Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 280 milyon ABŞ dollarından çox olub.
BBN.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % və ya 104 milyon ABŞ dollarına yaxın azdır.
Hesabat dövründə Azərbaycanın Türkiyəyə ixracı 2,9 % azalaraq 1 milyard 949 milyon ABŞ dolları, Türkiyədən idxalı isə 3,2 % azalaraq 1 milyard 331 milyon ABŞ dolları təşkil edib.
Yanvar-iyul aylarında Türkiyə ilə ticarət Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 11,2 %-ni təşkil edib. Türkiyəyə ixrac ümumi ixracın 10 %-nə, bu ölkədən idxal isə ümumi idxalın 13,4 %-nə bərabər olub.
Ümumilikdə, bu ilin ilk 7 ayında Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 29 milyard 216 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 1,3 % çoxdur. Xarici ticarətin 19 milyard 336 milyon dolları ixracın, 9 milyard 881 milyon dolları isə idxalın payına düşüb.
Hesabat dövründə Azərbaycanın xarici ticarətində 9 milyard 455 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə artıb.





