Home » KOB-ların peşəkar hüquqi yardımla təmin edilməsi üçün KOBİA və Azərbaycan Vəkillər Kollegiyası əməkdaşlıq edəcək

KOB-ların peşəkar hüquqi yardımla təmin edilməsi üçün KOBİA və Azərbaycan Vəkillər Kollegiyası əməkdaşlıq edəcək

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin peşəkar hüquqi yardıma çıxış imkanlarını genişləndirmək məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası birgə əməkdaşlıq edəcək.

Martın 3-də KOBİA-nın və Vəkillər Kollegiyasının təşkilatçılığı, sahibkarların, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və vəkillərin iştirakı ilə təşkil olunmuş “Biznesin əlçatan və peşəkar hüquqi yardıma çıxış imkanları» mövzusunda Konfransda da sahibkarların effektiv hüquqi müdafiəsinin həyata keçirilməsi üçün peşəkar vəkillərlə təmin edilməsi və müvafiq xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, sahibkarların problemlərinin çevik həlli ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Konfransda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, sahibkarların maraqlarının qorunması və problemlərinin həlli KOBİA-nın başlıca fəaliyyət istiqamətlərindəndir və bu, Agentliyin digər istiqamətlər üzrə fəaliyyətinin effektivliyinə birbaşa təsir edir. Qeyd edilib ki, hazırda Xaçmazda fəaliyyət göstərən, eləcə də Bakı şəhərində və digər rayonlarda yaradılacaq KOB evlərində sahibkarların bir məkanda hüquq xidmətlərindən yararlanmasını təmin etmək məqsədilə vəkil bürolarının və vəkil kabinetlərinin yaradılması mümkündür. Bundan başqa, Vəkillər Kollegiyasının dəstəyi ilə sahibkarlar müxtəlif tədbirlər vasitəsilə maarifləndirilə, peşəkar hüquqi yardıma əlçatanlığın təmin edilməsi üçün ixtisaslaşmış vəkillər haqqında məlumat bazası yaradıla və elektron informasiya sistemləri vasitəsilə belə məlumatlar təşviq oluna bilər.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov ölkəmizdə vəkilliyin inkişafı, bu sahədə görülən işlər, mediasiya institutu barədə məlumat verib, son zamanlar həyata keçirilən tədbirlər nəticəsində vəkillərin sayının 2 dəfə artdığını, hazırda 90-dan çox vəkil qurumlarının fəaliyyət göstərdiyini, bu qurumların bütün ölkə regionlarını əhatə etdiyini qeyd edib.

Konfrans çərçivəsində sahibkarlıq subyektlərinin peşəkar hüquqi yardıma çıxışını təmin etmək məqsədilə KOBİA və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında razılaşma sənədi imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Vəkillər Kollegiyasının sədri Anar Bağırov imzalayıblar.

Tədbirdə sahibkarların, dövlət qurumlarının və vəkillərin peşəkar hüququ xidmətlərə dair fikirləri və təklifləri dinlənilib, müzakirələr aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.