Home » SOCAR-da ”Özbəkneftegaz” rəhbərliyi ilə görüş keçirilmişdir

SOCAR-da ”Özbəkneftegaz” rəhbərliyi ilə görüş keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Martın 10-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev ”Özbəkneftegaz” ASC-nin İdarə Heyətinin sədri Məhriddin Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.Görüşdə SOCAR və ”Özbəkneftegaz” arasında təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunmuşdur. Özbəkistanda neft-qaz sənayesinin müxtəlif sahələrində islahatlar aparıldığı qeyd edilmiş, “Özbəknefteqaz” ASC-nin SOCAR-ın təcrübəsinin öyrənilməsində maraqlı olduğu bildirilmişdir.

Azərbaycanın qlobal brendinə çevrilmiş SOCAR-da tətbiq edilən rəqəmsal texnologiyaların, SAP şirkətinin müxtəlif modullarının, süni zəka texnologiyalarının tətbiqi haqqında qonaqlara ətraflı məlumat verilmiş, əldə olunan nailiyyətlərin və təcrübənin bölüşdürülməsi üçün texniki səviyyədə bir sıra görüşlərin keçirilməsi qərara alınmışdır. SOCAR-ın müasir neft-kimya kompleksinin tikintisi ilə bağlı təcrübəsinin, həmçinin , Heydər Əliyev adına NEZ-in moderinizasiyası istiqamətində həyata keçirilən layihənin detallı öyrənilməsi məqsədi ilə təcrübə mübadiləsi aparılacağı da qeyd edilmişdir. Görüşdə SOCAR-ın 2005-ci ildə qəbul etdiyi 10 illik strteji inkişaf planının əhəmiyyəti vurğulanmış, bildirilmişdir ki, hazırda SOCAR və məşvərətçi McKinsey şirkətinin mütəxəssisləri tərəfindən 2025-2035-ci illər üçün yeni dövrün çağırışlarına cavab verən növbəti strateji inkişaf planı hazırlanır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.