Home » Əmlak Xidmətləri Məkanı xüsusi iş rejimində fəaliyyət göstərəcək

Əmlak Xidmətləri Məkanı xüsusi iş rejimində fəaliyyət göstərəcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı, habelə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi nəzərə alınaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanının fəaliyyəti 2020-ci il martın 16-dan 20-dək məhdudlaşdırılır.

Vətəndaşlar Komitənin “Elektron xidmətlər portalı”dan yararlana, əlavə suallarla 193 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Əmlak Məsələləri Dövlət Komitəsi həmçinin, vətəndaşların sağlamlığı və təhlükəsizliyi səbəbi ilə hazır sənədlərin  alınmasını müvəqqəti olaraq təxirə salmağı tövsiyə edir.

Eyni zamanda, vətəndaşların nəzərinə çatdırılır ki, Novruz Bayramı ilə əlaqədar Əmlak Xidmətləri Məkanında 2020-ci il martın 20-28-i qeyri-iş günləri olacaqdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.