![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Avrozona ölkələrində fevral ayı üçün ortalama illik inflyasiya 1.2% olub. Qeyd edək ki, ötən ilin müvafiq ayında bu göstərici 1.5% olub. Avropa Birliyinə daxil olan ölkələr üçün isə fevral ayının illik inflyasiya rəqəmi isə ötən ilə nisbətdə 0.1% azalaraq 1.6% səviyyəsində qərarlaşıb. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.
Sözügedən dövr üçün ən yüksək illik inflyasiya göstəriciləri Macarıstan (4.4%) və Polşada (4.1%), ən aşağı göstərici isə İtaliyada (0.2%) qeydə alınıb.
Bahalaşmanın ən çox qeydə alındığı sahələr isə müvafiq olaraq xidmət, alkoqol, tütün və yeyinti sektorları olub.