Home » İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaranmasından 4 il ötür

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaranmasından 4 il ötür

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi  (İİTKM) 2016-cı il aprel ayının 20-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin üç əsas funksional istiqaməti var:  iqtisadi təhlil, monitorinq və qiymətləndirmə, islahatların və iqtisadi nailiyyətlərin kommunikasiyası. Prezident İlham Əliyevin tapşırıqları əsasında İİTKM 12 strateji yol xəritəsi, habelə ərzaq təhlükəsizliyi, məşğulluq, rəqəmsal ödənişlər və s. sahələrdə strategiyalar, dövlət proqramları və tədbirlər planlarının monitorinq və qiymətləndirməsini həyata keçirir. Bu əsasda İİTKM-də dövlət sənədlərinin icrası barədə “böyük verilənlər bazası” – “Big Data” yaranır. Öz növbəsində “Big Data”nın emalı əsasında yeni islahatlar barədə təklifləri formalaşdırmaq mümkündür. Təkcə onu qeyd etmək kifayətdir ki, 2016-cı ildə ölkə Prezidentinin tapşırığı əsasında strateji yol xəritələri hazırlananda İİTKM-in platformasında dövlət, özəl, akademiya, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətini təmsil edən 400 nəfər ekspert cəmlənmişdi. Beləliklə, monitorinq və islahat arasında qarşılıqlı təsir mübadiləsi idarəetməni yeni mərhələyə qaldırır: data əsaslı qərar qəbuletmə mexanizmi işləyir.  İİTKM-in təqdim etdiyi Azranking.az və Monitoring.az platformaları funksional əlaqələndirilməklə islahatlar və monitorinqin iş axınlarını rəqəmsal olaraq bir-birinə bağlayır: yeni islahat yeni monitorinq və yeni monitorinq yeni islahat deməkdir.

İİTKM-də islahatların “həyat tsikli”nə aid olan bütün mərhələlər tam rəqəmsallaşdırılıb. Bu isə prosesin səmərəliliyini, şəffaflığını, inklüzivliyini və hesabatlılığını təmin edir. Hazırda İİTKM-in balansında olan 40-a yaxın internet resursu güclü kommunikasiya vasitəsi olmaqla islahatların işıqlandırılmasına yardımçı olur. İslahatların kommunikasiyasında iki vacib hədəf var. Bunun biri mesajları əhali, biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və digər istiqamətlərdə düzgün çatdırmaqdır. İkinci hədəf isə əks-əlaqə qurmaqla islahatların icrası zamanı yaranan fikir və rəyləri yenidən “islahat gündəliyi”nin formalaşmasında istifadə etməkdir.

Beləliklə, İİTKM-də idarəetmə sacayağı yaranıb: İslahat-Monitorinq-Kommunikasiya. Bu sacayağın funksionallığını artırmaq üçün İİTKM-in təqdim etdiyi institutlar vacib rol oynayır: Azexport.az, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Azranking.az, Monitoring.az, Enterpriseazerbaijan.com və Azerp.az.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.