Home » Rəqəmsal valyutanın ilkin görüntüləri sosial şəbəkəyə sızıb

Rəqəmsal valyutanın ilkin görüntüləri sosial şəbəkəyə sızıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Çin Xalq Respublikasının uzun müddətdir üzərində işlədiyi Rəqəmsal Yuan valyutasının ilkin görüntüləri Çinin sosial şəbəkəsinə sızdırılıb. Belə ki, Çin Mərkəzi Bankının Rəqəmsal Valyutası (CBDC) layihəsi çərçivəsində yaradılan rəqəmsal yuan uzun müddətdir ki dünya mediasının gündəmindədir.

Çin Mərkəzi Bankı (PBOC) rəqəmsal valyutanın istifadəyə verilməsi ilə bağlı dəqiq bir vaxt açıqlamasa da, sosial mediaya sızdırılan ekran görüntüsü layihənin uğurla davam etdiyinin nişanəsi hesab edilir. Qeyd edək ki, ekran görüntüsü Çin Kənd Təsərrüfatı Bankının rəqəmsal yuanın test mərhələsi üçün hazırladığı tətbiqetmənin istifadəçi interfeysini özündə əks etdirir.

Ekran görüntüsünə əsasən, tətbiqetmənin Alibaba şirkətinin “Alipay” və Tencent şirkətinin “WeChat Pay” tətbiqetmələri ilə ödənişlər və köçürmələr kimi bir sıra oxşar funksiyalara malik olması müşahidə edilir. Bununla yanaşı, tətbiqetmədə istifadəçilərin toxunma vasitəsilə bir-birinə pul köçürməsinə imkan verən “touch and touch” funksiyasının olması diqqət çəkir.

Məlumat üçün qeyd edək ki, rəqəmsal yuanın kriptovalyutalardan əsas fərqi mərkəzləşmiş olması və PBOC tərəfindən idarə edilməsidir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.