Home » Mərkəzi Bank kredit güzəştlərini açıqladı

Mərkəzi Bank kredit güzəştlərini açıqladı

by bbnadm
0 rəy 0 baxış 3 dəqiqə oxuma

1. Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi

  • İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına 01 mart 2020-ci il tarixinə kimiverilmiş ipoteka kreditlərinin Fondun razılığı əsasında (bu məqsədlə fondun müvafiq normativ sənədlərinə dəyişiklik etməklə) 30 sentyabr 2020-ci ilədək restrukturizasiya olunması;
  • İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına 01 mart 2020-ci il tarixinə kimiverilmiş ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi;
  • Kredit öhdəliklərinin (əsas borc və faiz ödənişləri) tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmamasının banklara tövsiyə edilməsi;
  • 01 mart 2020-ci il vəziyyətinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların 30 sentyabr 2020-ci ilədək kredit bürosuna xüsusi qeydlə təqdim olunması (borcalanın kredit tarixçəsinin pisləşdirilməməsi).

2. Pandemiyadan birbaşa təsirlənmiş sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi

  • 01 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq kredit faizləri subsidiyalaşdırılan sahibkarların kreditləri restrukturizasiya olunduqda borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq keyfiyyətinin 30 sentyabr 2020-ci ilədək pisləşdirilməməsi;
  • 01 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və dövlət fondlarının (Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi) vəsaitləri hesabına verilmiş kreditlərin fondların razılığı əsasında (fondların müvafiq normativ sənədlərinə düzəliş edilməklə)30 sentyabr 2020-ci ilədək restrukturizasiya olunması və bu halda borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq kreditin keyfiyyətinin pisləşdirilməməsi;
  • Kredit öhdəliklərinin (əsas borc və ya faiz üzrə) gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin 30 sentyabr 2020-ci il tarixinədək hesablanmaması və tutulmamasının banklara tövsiyə edilməsi;
  • 01 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların 30 sentyabr 2020-ci il tarixinədək kredit bürosuna xüsusi qeydlə təqdim olunması (borcalanın kredit tarıxçəsinin pisləşdirilməməsi).

3. Bankların requlyativ yükünün azaldılması, kreditləşdirmə imkanlarının artırılması və maliyyə dayanıqlığının qorunması

  • Sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 01 yanvar 2021-ci ilədək 12%-dən 11%-dək azaldılması;
  • Digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 01 yanvar 2021-ci ilədək 10%-dən 9%-ə azaldılması;
  • 01 yanvar 2021-ci ilədək kontr-tsiklik kapital buferinin 0.5%-dən 0 faizə endirilməsi;
  • Bankların kapitalının adekvatlıq göstəricilərinin hesablanması zamanı bazar və əməliyyat risklərinin 01 yanvar 2021-ci ilədək nəzərə alınmaması;
  • Bankların öz vəsaitləri hesabına 2020-ci il 1 aprel tarixinə kimiverilmiş ipoteka kreditləri üzrə risk koofisentinin 100%-dən 50%-dək azaldılması;
  • Bankların kapital mövqeyinin qorunması və gücləndirilməsi məqsədilə 2019- cu ilin nəticəsi üzrə dividend ödənişlərinin 30 sentyabr 2020-ci ilədək təxirə salınmasının və 2020-ci il üzrə aralıq dividend ödənilməməsinin banklara tövsiyə edilməsi;
  • İstehlak kreditləri üzrə əlavə kapital tələblərinin 01 yanvar 2021-ci ilədək təxirə salınması;
  • Kredit təşkilatlarında inspeksiyaların (hərtərəfli və tematik) təxirəsalınmaz reaksiya tələb edilən hallar istisna olmaqla 30 sentyabr 2020-ci ilədək tarixinədək təxirə salınması.

4. Bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması

• Tibbi ləvazimat və avadanlıqlar istehsalçılarına verilən kreditlərinin risk səviyyəsinin 100%-dən 20%-dək azaldılması.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.