Home » “LG” biometrik rəqəmsal ödənişləri test edir

“LG” biometrik rəqəmsal ödənişləri test edir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Cənubi Koreya mərkəzli texnologiya nəhəngi “LG” şirkətinin informasiya texnologiyaları üzrə törəmə şirkəti olan “LG CNS” blokçeyn ödənişləri üzrə yeni innovativ həllin sınaqlarına başlayıb. Bu həllin istehlakçıların heç bir toxunuş etmədən biometrik üz tanıma texnologiyası vasitəsilə ödənişlərini həyata keçirməyinə imkan tanıyır.

Yeni texnologiya üç fərqli texnologiyanın – süni intellekt (AI), blokçeyn texnologiyası və  bulud texnologiyasının birləşməsi nəticəsində hazırlanıb. Alıcının bu texnologiyanın qarşısında dayanması kifayət edir. Avadanlıq şəxsin biometrik göstəriciləri əsasında hesablanmış məbləği şəxsin kriptovalyuta tətbiqetməsindən məxaric edir. Beləliklə, yeni texnologiya sayəsində mobil ödənişlər və NFC texnologiyasından fərqli olaraq ödənişlərin həyata keçirilməsi üçün zəruri olan toxunuşların sayı minimuma endirilir. Bu isə, koronavirus pandemiyasının sürətlə yayılmasının qarşısının alınmasına da böyük töhfə verəcək.

İlkin mərhələdə “LG” şirkəti Seul şəhərində yerləşən ofislərinin girişində sözügedən texnologiyanı yerləşdirsələr də, hazırda bu texnologiya şirkətin yeməkxanasında ödəniş prosesinin şirkətin işçiləri tərəfindən test edilməsi üçün yerləşdirilib. Yaxın günlərdə, texnologiyanın ofisin ətrafında yerləşən market  və ictimai iaşə obyektlərində sınaqdan keçiriləcəyi ehtimal edilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.