Home » Son 10 gündə əlavə olaraq 18 min ödənişli ictimai iş yeri yaradılıb

Son 10 gündə əlavə olaraq 18 min ödənişli ictimai iş yeri yaradılıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bu işlərə cəlb olunaların sayı 56 mini ötüb

Prezident İlham Əliyevin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması təmin olunacaq.

Bununla əlaqədar son 10 gündə əlavə olaraq 18 min ödənişli ictimai iş yeri yaradılıb. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsilə ödənişli ictimai işlərə cəlb olunanların sayı 56 mini ötüb.

Onların hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.

Ödənişli ictimai iş yerləri abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq, dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi və s. kimi sahələr üzrə yaradılır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.