Home » ​Xaçmaz KOB İnkişaf Mərkəzində fərdi məsləhət xidmətlərinə start verilir

​Xaçmaz KOB İnkişaf Mərkəzində fərdi məsləhət xidmətlərinə start verilir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Startaplar, ailə biznesi, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın inkişafını təşviq edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz KOB İnkişaf Mərkəzində 12 may tarixindən etibarən fərdi məsləhət xidmətlərinə start verilir.

Mərkəzdə may ayı ərzində sosial layihələr, dövlət proqramları ilə iş, biznes planın hazırlanması, kənd təsərrüfatı (bitkiçilik), satınalma və tenderlərə müraciət istiqamətləri üzrə məsləhət xidmətləri göstəriləcəkdir.

Təcrübəli və peşəkar ekspertlər tərəfindən göstərilən məsləhət xidmətləri sahibkarların fəaliyyətləri zamanı qarşılaşdıqları çətinlikləri aradan qaldırmağa kömək etməklə yanaşı, bizneslərinə yenidən nəzər yetirməyə kömək edəcəkdir.

Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən KOB-lar qeyd olunan məsləhət xidmətlərindən yararlanmaq üçün Xaçmaz KOB İnkişaf Mərkəzinə müraciət edə bilərlər (+994 55 222-15-04, khachmazkobim@gmail.com ).

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.