Home » 8 ölkə milli valyutasını dəyişir

8 ölkə milli valyutasını dəyişir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Fransızdilli Ölkələrin Beynəlxalq Əməkdaşlıq Təşkilatına (La Francophonie) daxil olan 8 ölkə artıq Qərbi Afrika Frankından (CFA) imtina edib. Qərar Fransanın Nazirlər Kabineti tərəfindən rəsmi olaraq təsdiqlənib. Belə ki, Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (ECOWAS) üzvü olan Benin, Burkina Faso, Qvineya-Bissau, Fil Dişi Sahili, Mali, Niger, Seneqal və Toqo artıq öz ortaq milli valyutaları olan “Eco” valyutasından istifadəyə başlayacaq.

1945-ci ildən bu yana CFA valyutasından istifadə edən bu ölkələr xarici valyuta ehtiyatlarını Fransanın Mərkəzi Bankında (Banque de France) saxlamalı olub. Yeni qərardan sonra isə, artıq bu ehtiyatlar 8 ölkənin ortaq təsis etdiyi Qərbi Afrika Dövlətlərinin Mərkəzi Bankında (BCEAO) saxlayacaqlar. Bu isə, ölkədə Fransanın təsirlərini xeyli azaltmaqla yanaşı, ticarət bariyerlərini və biznes xərclərini yüngülləşdirəcək və 380 milyonluq əhaliyə malik regionun sürətlə inkişafına cığır açacaq.

Qərbi Afrika ölkələri uzun müddətdir ki, CFA valyutasından imtina etməyi planlaşdırsa da, “eco” valyutasının layihə kimi təklifi ötən ilin iyul ayına təsadüf edib. İlkin məzənnə göstəricisi kimi, 1 avro 655.95 ecoya bərabər olacaq.

Mərkəzi Afrika Dövlətlərinin İqtisadi Birliyinə (CAEMU) daxil olan 6 ölkə (Kamerun, Qabon, Mərkəzi Afrika Respublikası, Çad, Konqo və KDR) isə CFA valyutasından istifadə etməyə davam edəcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.