Home » Unibank aztəminatlı ailəyə biznes qurmaqda kömək etdi

Unibank aztəminatlı ailəyə biznes qurmaqda kömək etdi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Unibank Bərdə sakini Rəbiyyə Mustafayevanın şəxsi biznesini yaratmaq arzusunu reallaşdırdı.  İllərdir şəxsi qadın salonunu açmaq arzusunda olan xanım, özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdan biridir. Bankəməkdaşları Rəbiyyə xanıma biznesi üçün lazım olan bütün avadanlıqları hədiyyə edib. Rəbiyyə Mustafayeva bu gün ən böyük arzusuna çatdığını bildirib: “Öz işimi qurmağı o qədər arzulayırdım ki, indi sevincimin həddi-hüdudu yoxdur. Bu avadanlıqların hamısı ürəyimcə oldu, elə istədiyim avadanlıqlar idi. Çox sağ olun ki, arzumu reallaşdırdınız. Ailəmiz üçün böyük sürpriz oldu. Bu sevinci mənə, ailəmə yaşatdığı üçün “Unibank”a və layihənin bütün iştirakçılarına təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Korporativ sosial məsuliyyət “Unibank”ın fəaliyyətində əsas istiqamətlərdən biridir. Bank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək göstərməkdir.

Unibank-hər kəsin bankı!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.