Home » Sumqayıt KOB İnkişaf Mərkəzində əlil sahibkarlar üçün növbəti təlim keçirilib

Sumqayıt KOB İnkişaf Mərkəzində əlil sahibkarlar üçün növbəti təlim keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əlilliyi olan şəxslərin öz bizneslərini qurması və inkişaf etdirməsinə dəstək tədbirləri çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzində əlilliyi olan sahibkarlar üçün “Vergi və vergi güzəştləri” mövzusunda növbəti təlim keçirilib.

Pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə təlimçi-ekspert Əfqan Səfərli tərəfindən iştirakçılara Azərbaycan Respublikasının Vergi Məcəlləsi, vergi orqanında qeydiyyat, sahibkarların vergi öhdəlikləri, vergilərin hesablanması və ödənilməsi qaydası haqqında məlumat verilib, onlayn qeydiyyatdan keçmə və bu sahədə mövcud olan elektron xidmətlərdən istifadə əyani şəkildə nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Sumqayıt KOB İnkişaf Mərkəzi tərəfindən sahibkarlar, o cümlədən həssas kateqoriyadan olan şəxslərin sahibkarlıq fəaliyyətinə təşviq olunması üçün mütəmadi olaraq təlim və seminarlar keçirilir, biznesyönümlü məsləhət xidmətləri və digər xidmətlər göstərilir. Sumqayıt şəhəri və Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar və öz biznesini qurmaq istəyən şəxslər sahibkarlıq fəaliyyəti ilə bağlı zəruri təlim-tədris xidmətləri üçün Sumqayıt KOB İnkişaf Mərkəzinə müraciət edə bilərlər. Mərkəz tərəfindən sahibkarlıq subyektlərinə göstərilən bütün xidmətlər ödənişsizdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.