Home » KOBİA və Dubayın müvafiq qurumları arasında KOB sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

KOBİA və Dubayın müvafiq qurumları arasında KOB sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti müxtəlif qurumların nümayəndələri ilə KOB sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Dubay İnvestisiya Korporasiyasının baş direktorunun müavini Xalifa Hassan Al Daboos arasında təşkil olunmuş görüşdə ölkəmizdə KOB-lara göstərilən dövlət dəstəyi tədbirləri və Agentliyin fəaliyyəti barədə məlumat verilib, əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında yaradılmış əlverişli imkanlardan və güzəştlərdən istifadə olunmaqla birgə layihələrin həyata keçirilməsi, Dubay İnvestisiya Korporasiyasının maliyyə dəstəyi ilə ölkəmizdə KOB-ların iştirakı ilə layihələrin reallaşdırılması, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində xarici investorların biznes layihələr həyata keçirməsi üçün imkanlar genişdir.

Dubay Ticarət və Sənaye Palatasının prezidenti Hamad Buamim ilə təşkil olunmuş görüşdə isə Azərbaycan KOB-larının xarici bazarlara çıxışı, Agentliyin KOB-ların bilik və bacarıqlara, təlimlərə çıxışını təmin edən KOB inkişaf mərkəzləri və palatanın tərkib hissəsi olan Dubay Startap Şəbəkəsi arasında əməkdaşlıq və təcrübə mübadiləsi, Azərbaycan və BƏƏ arasında İşgüzar Şuranın yaradılması istiqamətində əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə edilib. Həmçinin, görüşdə palataya üzv şirkətlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində investisiya layihələrinin həyata keçirilməsində iştirak edə biləcəyi və bu sahədə KOBİA-nın onlara informasiya, məsləhət, yerli tərəfdaşların tapılması, bazar araşdırması kimi istiqamətlərdə dəstək göstərə biləcəyi diqqətə çatdırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.