Home » Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, İcra baş idarəsi və Azərbaycan Banklar Assosiasiyasına üzv bankların rəhbər şəxsləri ilə online qaydada görüş keçirilmişdir

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, İcra baş idarəsi və Azərbaycan Banklar Assosiasiyasına üzv bankların rəhbər şəxsləri ilə online qaydada görüş keçirilmişdir

by bbnadm
0 rəy 7 baxış 1 dəqiqə oxuma

26 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, İcra baş idarəsi və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların rəhbər şəxsləri ilə onlayn qaydada görüş keçirilmişdir. Görüşdə ədliyyə nazirinin müavini cənab Eldar Nuriyev, İcra baş idarəsinin rəisi cənab İlqar Cəfərov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti cənab Zakir Nuriyev, İcra baş idarəsinin struktur bölmələrinin rəhbər şəxsləri, ABA-ya üzv bankların rəhbər şəxsləri və aidiyyatı bölmələrin nümayəndələri iştirak etmişdir.

Görüş zamanı icra prosesində qarşıya çıxan məsələlər, onların həlli istiqamətləri, tərəfləri maraqlandıran suallar ilə bağlı müzakirələr edilmiş və gələcək fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılmışdır. Müzakirə olunan məsələlərin tərəflərin nümayəndələrindən ibarət 2019-cu ildə yaradılmış İşçi Qrup çərçivəsində qarşılıqlı fəaliyyət əsasında həll edilməsi qərara alınmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.