Home » “Bir məhsul, iki bazar” mövzusunda birgə Azərbaycan-Türkiyə onlayn forumu keçiriləcək

“Bir məhsul, iki bazar” mövzusunda birgə Azərbaycan-Türkiyə onlayn forumu keçiriləcək

by bbnadm
0 comments 0 views 1 minutes read

Fevralın 16-da, saat 10:30-da “Bir məhsul, iki bazar: Azərbaycan-Türkiyə qarşılıqlı kooperasiya və ticarət imkanlarının genişləndirilməsi” mövzusunda onlayn forum keçiriləcək.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) təşkilatçılığı, hər iki ölkənin müvafiq dövlət qurumlarının və iş adamlarının iştirakı ilə keçiriləcək tədbirdə Azərbaycan və Türkiyə arasında ticarət və onun genişləndirilməsi potensialı, qarşılıqlı ticarətdə logistika, gömrük və texniki tənzimləmə məsələləri və s. mövzularda panel müzakirələrin aparılması nəzərdə tutulur. 

Onlayn forumda iştirak etmək istəyən Azərbaycan və Türkiyə iş adamları aşağıdakı link vasitəsilə qeydiyyatdan keçərək tədbirə qoşula bilərlər: https://bit.ly/3rQqchI

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.