Home » Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edildi

Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edildi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” də önəmli rola malikdir. 5 illik dövrdə 22 min işsiz şəxsin cəlb ediləcəyi layihənin iştirakçıları üçün kiçik bizneslərini qurmaları məqsədi ilə fəaliyyət sahələri artıq müəyyən edilib. Layihəyə müraciət edən şəxslərin sayı artıq 3 minə yaxındır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə keçirilən görüşdə bildirib.

Nazir Prezident İlham Əliyevin tapşırığına əsasən sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi, həssas əhali qruplarının bu proqramlarla əhatə olunması istiqamətində aparılan işlər, sosial islahatlar barədə məlumat verib. Dünya Bankı ilə Nazirlik arasında ötən dövrdə birgə icra olunmuş layihələrin önəmini diqqətə çatdırıb. Əməkdaşlıq gündəliyinin son illərdə yeni istiqamətləri də əhatə etdiyini deyib.

Əmək qanunvericiliyinin və əlilliyin qiymətləndirilməsi sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, əlilliklə bağlı siyasət və prosedurların inkişaf etdirilməsi üzrə yeni əməkdaşlıq təcrübəsinin də formalaşmaqda olduğunu bildirib.

S.Babayev həmçinin Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığı qeyd edib. Əmək müfəttişliyi sistemində risk əsaslı nəzarət və təkmil mexanizmin yaradılması, bunun üçün zəruri institusional bazanın hazırlanması sahəsində bu əməkdaşlığın önəmini diqqətə çatdırıb.

Görüşdə Dünya Bankı və Nazirliyin birgə layihələri üzrə görülmüş işlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.