Home » İlin ilk 3 ayında 193 Çağrı Mərkəzi və onlayn resurslar vasitəsi ilə 18 mindən çox müraciət daxil olub

İlin ilk 3 ayında 193 Çağrı Mərkəzi və onlayn resurslar vasitəsi ilə 18 mindən çox müraciət daxil olub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti göstərilən xidmətlərlə bağlı sorğuların dərhal cavablandırılması, vətəndaşların hüquqi məlumatlandırılması və prosedurların izahı məsələlərinə diqqətlə yanaşır. Xidmətin fəaliyyəti ilə bağlı sorğular 193 Çağrı Mərkəzi, rəsmi sayt (emlak.gov.az) və Özəlləşdirmə portalının (privatization.az) onlayn məsləhət pəncərəsi, həmçinin sosial şəbəkələrdəki rəsmi səhifələr vasitəsilə cavablandırılır.

2021-ci ilin ilk 3 ayı ərzində Çağrı Mərkəzi, onlayn çat  və sosial şəbəkələr vasitəsi ilə Əmlak Məsələləri Dövlət Xidmətinə 18 835 müraciət daxil olub. Onlardan 18 275-i 193 Çağrı Mərkəzinin, 560-ı isə onlayn resursların payına düşür. Çağrı Mərkəzinə daxil olan müraciətlərin 18 100-ü sorğu və müraciət xarakterli, 175-i isə araşdırma tələb edən məsələlər olub.

Daxil olan müraciətlər əsasən, daşınmaz əmlakın qeydiyyatı, dövlət reyestrindən arayışların verilməsi, Əmlak Xidmətləri Məkanında növbəyə yazılmaq, xidmətlərə dair dövlət rüsumu və xidmət haqqı, dövlət əmlakının özəlləşdirilməsi və digər məsələləri əhatə edib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 Çağrı Mərkəzi həftə içi hər gün saat 9:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.