Home » KOBİA sahibkarları onlayn görüşlərə dəvət edir

KOBİA sahibkarları onlayn görüşlərə dəvət edir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kənd təsərrüfatı, yüngül sənaye, istixana təsərrüfatı, arıçılıq və bal istehsalı, ictimai iaşə, turizm sahələrində fəaliyyət göstərən sahibkarlar üçün dövlət qurumlarının iştirakı ilə onlayn görüşlər təşkil olunacaq. 

Sahibkarlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək onlayn görüşlərlə bağlı ətraflı məlumatı və tədbirlərə qoşulmaq üçün keçid linklərini Agentliyin rəsmi internet səhifəsindən əldə edə bilərlər (https://smb.gov.az/az/events?slug=tedbir).

Sahəvi görüşlərdə aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların iştirakı ilə sahibkarları narahat edən məsələlər və onların həlli yolları müzakirə ediləcək, müvafiq sahələr üzrə ehtiyacları və təklifləri öyrəniləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq. 

KOBİA sahibkarları iyun ayında keçiriləcək sahəvi görüşlərdə fəal iştiraka dəvət edir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.