Home » KOBİA Ümümdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasının tədbirində təmsil olunub

KOBİA Ümümdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasının tədbirində təmsil olunub

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Ümümdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasının (WAPPP) illik konqresində təmsil olunub. 14-16 iyun tarixlərində onlayn formatda təşkil olunmuş tədbirin MDB üzrə panel müzakirəsində KOBİA-nın İdarə Heyəti sədrinin müavini Mehman Abbas iştirakçılara Azərbaycanda aparılmış islahatlar nəticəsində yaradılmış əlverişli biznes və investisiya mühiti, dövlət-özəl sektor tərəfdaşlığı (DÖST/PPP) mühitinin inkişafı istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib. Həmçinin, işğaldan azad olunmuş Qarabağın dağıdılmış ictimai infrastrukturunun yenidən qurulması üçün DÖST modelindən istifadənin mümkünlüyü diqqətə çatdırılıb.

Belarus, Qazaxıstan və Qırğızıstanın PPP mərkəzlərinin rəhbər şəxslərinin də iştirak etdiyi paneldə ümumilikdə regionunun PPP imkanları, qarşıda duran əsas çağırışlar və sözügedən modelin gələcək inkişaf meylləri barədə müzakirələr aparılıb və suallar cavablandırılıb.      

Qeyd edək ki, KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi Ümümdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasının (WAPPP) üzvüdür. WAPPP dünyanın müxtəlif ölkələrindən olan DÖST sahəsində fəaliyyət göstərən və ya əlaqəli olan təşkilatları və fərdi mütəxəssisləri birləşdirən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Assosiasiyanın başlıca məqsədi keyfiyyətli DÖST xidmətlərini təmin etmək üçün maarifləndirmə işləri aparmaq, bu sahədə fəaliyyət göstərən qurumlar arasında institusional şəbəkəni yaratmaq və onları dəstəkləməkdir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.