Home » ABA nəzdində fəaliyyət göstərəcək “Data və Süni intellekt üzrə Ekspert Qrupu”nun ilk iclası keçirilmişdir

ABA nəzdində fəaliyyət göstərəcək “Data və Süni intellekt üzrə Ekspert Qrupu”nun ilk iclası keçirilmişdir

by Aytac
0 comments 2 views 1 minutes read

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində daimi əsasda fəaliyyət göstərəcək “Data və Süni intellekt üzrə Ekspert Qrupu” yaradılmış və 3 fevral 2025-ci il tarixində  Ekspert Qrupunun ilk iclası keçirilmişdir.

Qrupun yaradılmasında məqsəd bu sahədə banklarda data əsaslı qərarvermə mədəniyyətinin təşviqi və inkişafı, datanın idarə edilməsi sahəsində effektiv standartların və təcrübələrin tətbiqi, banklarda süni intellekt və data analitikasının daha geniş miqyasda tətbiqi, data sahəsində insan resurslarının inkişaf etdirilməsi, data məsələləri üzrə requlyator və dövlət qurumları ilə kommunikasiya və bankların mövqelərinin təmsilçiliyidir.

Qrup üzvləri və qrup sədrinin də  iştirakı ilə keçirilən ilk iclasda qrupun illik fəaliyyətinə dair rəy və təkliflər müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 28 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.