Home » ABA-nın “Daxili audit üzrə Ekspert Qrupu”nun üzvləri Türkiyənin “Ziraat Bankası”-nda təcrübə mübadiləsi aparmışlar

ABA-nın “Daxili audit üzrə Ekspert Qrupu”nun üzvləri Türkiyənin “Ziraat Bankası”-nda təcrübə mübadiləsi aparmışlar

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

14-23 Noyabr 2022-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit üzrə Ekspert Qrupu”nun üzvü olan bank nümayəndələrinin Türkiyənin “Ziraat Bankası”-nda təcrübə mübadiləsi məqsədi ilə səfəri olmuşdur. Səfər zamanı bankın Daxili audit, Risklərin idarəedilməsi, Komplayens və Daxili nəzarət departamentləri ilə görüşlər keçirilmiş və geniş tərkibdə detallı iş mexanizmləri müzakirə olunmuşdur. Müzakirələrdə strukturların iş prinsipi, funksional bölgü, cari təcrübələr, gələcək planlar və inkişaf etdirilməsi nəzərdə tutulan məsələlər, o cümlədən qabaqcıl təcrübə və yeni həllər üzərindən fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvidirlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.