ABA-nın Ekspert Qrupu və Argentina bankının nümayəndələri arasında görüş keçirilmişdir

Son dövrdə beynəlxalq müxbir münasibətlər məsələlərinin vacibliyinin artması fonunda fərqli regionlarda yerləşən müxtəlif banklarla əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi daha böyük əhəmiyyət qazanmışdır. Bu istiqamətdə ABA olaraq, əməkdaşlıq imkanları araşdırılmaqda və mümkün dəstək tədbirləri görülməkdədir.

Bu məqsədlə, 24 iyun 2022-ci il tarixində Argentina bankı olan “The Banco de la Provinica de Buenos Aires”in nümayəndələri ilə ABA-nın “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu”nun üzvləri arasında görüş keçirilmişdir.

Görüş zamanı əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə müzakirələr aparılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır