Home » ABA-nın eksperti Tamerlan Rüstəmov beynəlxalq sammitdə çıxış etmişdir

ABA-nın eksperti Tamerlan Rüstəmov beynəlxalq sammitdə çıxış etmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

6-7 oktyabr 2022-ci il tarixində Avstriyanın Vyana şəhərində bank sistemində rəqəmsal transformasiya sahəsində aparılan islahatların müzakirə edildiyi beynəlxalq “Bankçılıq 4.0 rəqəmsallaşma və transformasiya Sammit”i keçirilmişdir.

Sözügedən tədbirdə, Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun sədri və “Bank of Baku “ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini Tamerlan Rüstəmov “Azərbaycanda rəqəmsal ödəniş ekosistemi və əsas trendlər” mövzusunda təqdimatla çıxış etmişdir.

Təqdimat zamanı, ölkədə formalaşdırılmış rəqəmsal ödəniş ekosisteminin komponentləri, son illər ərzində innovativ həllərin tətbiqi üzrə əldə edilən nəticələr, bank sistemində rəqəmsal transformasiyanın əsas xüsusiyyətləri haqqında ətraflı məlumat təqdim edilmişdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.