Home » ABA-nın “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilmişdir

ABA-nın “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilmişdir

by ulviyya
0 rəy 15 baxış 1 dəqiqə oxuma

18 aprel 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilmişdir.

İclasın gündəliyinə ESİ (Ekoloji, sosial və idarəetmə) və dayanıqlı bankçılıq istiqamətində 2023-cü ildə banklar tərəfindən görülmüş işlər barədə məlumatlandırma və Ekspert Qrupunun gündəliyində olan digər məsələlərin müzakirəsi daxil olmuşdur.

Əlavə edək ki, 29 fevral 2024-cü il tarixində ABA-nın Rəyasət Heyəti üzvlərinin Ümumi Yığıncağı keçirilmişdir. Yığıncaqda, ABA-nın nəzdində fəaliyyət göstərəcək “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu” yaradılmışdır və bununla da Ekspert Qruplarının sayı 15-ə çatdırılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.