Home » ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir – Foto

ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir – Foto

by ulviyya
0 rəy 17 baxış 1 dəqiqə oxuma

10 may 2024-cü il tarixində “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun ödəniş kartları ilə aparılan əməliyyatlarda tətbiq edilən təsərrüfat subyektlərinin ticarət kodlarının (MCC kod) müəyyənləşdirilməsi üzrə növbəti görüşü “Yapı Kredi Bank Azərbaycan” QSC-də keçirilmişdir.

Qarşılıqlı müzakirələr zamanı təsərrüfat subyektləri üzrə düzgün və fəaliyyət istiqamətinə uyğun MCC kodların tətbiq edilməsinə dair fikir mübadiləsi aparılmışdır. Ekspert Qrupu ümumi bölgünün müəyyən edilməsi üzrə fəaliyyətini davam etdirir. 

Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”sında təsərrüfat subyektinin ticarət kodunun düzgün təyin edilməsinə dair tələblər müəyyən edilmişdir.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.